IQNA

İndoneziyada beynəlxalq "İslam Fəlsəfəsi" konfransı keçirildi

12:07 - January 19, 2019
Xəbər sayı: 3484548
Konfransda İİR-nın İndoneziyadakı Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Mehrada Rəxşənda və İran İslam Respublikasının bu ölkədəki səlahiyyətli səfiri Vəliyyullah Məhəmmədi Nəsrabadi də iştirak ediblər.  

İndoneziyada beynəlxalq İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyada ölkənin Müşavirə Məclisinin toplantı zalında beynəlxalq "İslam Fəlsəfəsi" konfransı keçirilib.  

Konfransda İran İslam Respublikasının İndoneziyadakı Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Mehrada Rəxşənda və İran İslam Respublikasının bu ölkədəki səlahiyyətli səfiri Vəliyyullah Məhəmmədi Nəsrabadi də iştirak ediblər.  

İslami Təbliğat Təşkilatının informasiya portalının bu barədə verdiyi məlumata görə, dünən, həftənin Cümə günü, 18 Yanvar 2019-cu il, İndoneziyanın Sədra kollecinin təşəbbüsü, İmam Rzanın (ə) müqəddəs hərəminin, İndoneziyanın Dini İşlər Nazirliyi və Əqidə və Fəlsəfə Birliyinin həmkarlığı ilə keçirilən bu konfransda elmi, mədəni və dini şəxsiyyətlər, ustad və tələbələr iştirak ediblər.  

Konfransda İran İslam Respublikasının mədəniyyət sahəsində tanınmış şəxsiyyətlərindən olan Məhmud Vaizi və Həkim İlahi, Hindistanın Kəşmir universitetindən Həmidullah və Sədra İslam kollecindən Heydər Baqir və Abbasi öz məqalələri ilə çıxış ediblər.

Konfransın açılış mərasimi İndoneziyanın Cavanlar və İdman Naziri, Dini İşlər Nazirliyinin İslami Təlim üzrə direktoru və Sədra İslam kollecinin rəisi çıxış ediblər.    

http://iqna.ir/fa/news/3782339

captcha