IQNA

Livanlı incəsənətçi ABŞ-da Quran sərgisi təşkil etdi

14:37 - January 21, 2019
Xəbər sayı: 3484561
Amerikanın Tekzas əyalətinin Labak şəhərinin Texnologiya universiteti Livanlı incəsənətçi Mərivan Ürəyzin Quran sahəsində ərsəyə gətirdiyi incəsənət əsərləri sərgisinə evsahibliyi edir.

Livanlı incəsənətçi ABŞ-da Quran sərgisi təşkil etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Tekzas əyalətinin Labak şəhərinin Texnologiya universiteti Livanlı incəsənətçi Mərivan Ürəyzin Quran sahəsində ərsəyə gətirdiyi incəsənət əsərləri sərgisinə evsahibliyi edir.

Livanlı incəsənətçi Mərivan Ürəyzin Qurani incəsənət əsərləri sərgisi "Qurani-Kərimdə axtarış" adı ilə keçirilir. Bu sərgidə Qurani-Kərimin hüsnxətt, təhzib və dizayn üslubu ilə hazırlnamış ayələri nümayiş olunur.

Mərivan Ürəyz Qurani incəsənət əsərləri sərgisi barədə açıqlama verərək bildirib ki, İslami xəttatlıq, hüsnxətt, təhzib və slavyan dizaynları sahəsində uzun zamandır araşdırma və tərcübə sahibidir. O bu işə 15 yaşından başlamışdır.

O deyib ki, Quran sahəsində ərsəyə gətirdiyi əsərlərinin diyaznı 3 il və ayələrin yazılışı 7 ilə başa gəlmişdir. 10 il ərzində Quranın surələri əsasında 114 dizayn hazırlamış və 376 səhifəlik Quran yaratmışdır. Müasir texnologiyadan istifadə etməsinə rəğmən qədim İslami incəsənət ab-havasını da qoruyub saxlamışdır.      

http://iqna.ir/fa/news/3782718

Teqlər: iqna ، quran ، incəsənət ، livan ، abş
captcha