IQNA

İraqda İranlı zəvvarla terror hücumu edildi

8:06 - February 04, 2019
Xəbər sayı: 3484631
İraqın Səlahuddin əyalətinin əl-Bələd şəhərində İranı zəvvarların avtobusuna terror hücumu edilib. Avtobusun yolu üzərində partladılan bomba bir neçə nəfərinin yaralanması və şəhid olması ilə nəticələnib.

İraqda İranlı zəvvarla terror hücumu edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Səlahuddin əyalətinin əl-Bələd şəhərində İranı zəvvarların avtobusuna terror hücumu edilib. Avtobusun yolu üzərində partladılan bomba bir neçə nəfərinin yaralanması və şəhid olması ilə nəticələnib.

Hadisə dünən, həftənin Bazar günü, 3 Fevral 2019-cu il, axşam saatlarında baş verib. Bomba əl-Bələd şəhərinin "Qənat14" rayonunda zəvvarların avtobusunun yolunun üzərində partladılıb.    

Terroristlər 10-cu imam Həzrət İmam Hadinin (ə) nəvəsi Seyid Məhəmmədin (ə) mübarək məzarını ziyarət edən iranlı zəvvarların avtobusunu hədəfə alıblar.

Bəzi xəbər qaynaqlarının verdiyi məlumata görə, bu avtobus iranlı zəvvarları daşıyırmış və hadisə zamanı on nəfər yaralanıb və şəhid olub. Rəsmi mənbələr bu barədə dəqiq məlumat yaymayıblar. Təhlükəsizlik qüvvələri hadisə yerinə gedib və yaralılar xəstəxanaya yerləşdiriliblər.  

http://iqna.ir/fa/news/3787226

captcha