IQNA

Keşmirdə "Meracul-Aləm" besət bayramı mərasimləri keçirildi

1:15 - April 06, 2019
Xəbər sayı: 3484942
Həzrət Məhəmməd peyğəmbərin (s) peyğəmbərliyə seçilməsi və məbəs günü münasibəti ilə Keşmirin müxtəlif məscid və dini məkanlarında "Meracul-Aləm" bayram mərasimi keçirilib.

Keşmirdə İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət Məhəmməd peyğəmbərin (s) peyğəmbərliyə seçilməsi və məbəs günü münasibəti ilə Keşmirin müxtəlif məscid və dini məkanlarında "Meracul-Aləm" bayram mərasimi keçirilib.

Keşmirin bütün şəhərlərində minlərlə müsəlman məbəs bayramı münasibəti ilə şadlıq ediblər.

"Meracul-Aləm" bayramı adlanan bu mərasimlərdə Peyğəmbərə (s) hədiyyə namazlar qılının və salavatlar göndərilib.

Keşmirin "Həzrətəbal", Asar Şərif Ləl-Bazar, Cənab Sahib Sura və digər məşhur dini məkanlarında minlərlə qadın, uşaq və böyüklər bayram keçiriblər.

Mübarək məbəs bayramı münasibəti ilə səhiyyə nazirliyinin həkimlərdən ibarət işçiləri və bir sıra digər dövlət orqanlarının məsulları könüllüləri insanları pulsuz müayinə etmiş və problemləri ilə maraqlanmışlar.   http://iqna.ir/fa/news/3801029

Teqlər: besət ، məbəs ، meracul-aləm
captcha