IQNA

Uşaqlar Quranın çap mərhələsi ilə tanış oldular

2:00 - April 06, 2019
Xəbər sayı: 3484945
Əlcəzayirin paytaxtında Qurani-Kərimin çapı tarixçəsi sərgisi "hər şagirdə bir Quran" devizi ilə Aprel ayının 2-də başlayıb. Dörd gün davam edən bu sərgi bu gün (6 Aprel 2019) öz işini yekunlaşdıracaq.

Uşaqlar Quranın çap mərhələsi ilə tanış oldularİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əlcəzayirin paytaxtı Əlcəzirə şəhərində Qurani-Kərimin çap tarixçəsi sərgisi keçirilir. Qurani-Kərimin çapı tarixçəsi sərgisi Əlcəzayirin Dini İşlər və Fondlar Nazirliyinin həmkarlığı ilə "Mədəniyyət Sarayı"nda keçiriləcək.

Qurani-Kərimin çapı tarixçəsi sərgisi "hər şagirdə bir Quran" devizi ilə Aprel ayının 2-də başlayıb. Dörd gün davam edən bu sərgi bu gün (6 Aprel 2019) öz işini yekunlaşdıracaq.

Qurani-Kərimin çapı tarixçəsi sərgisini ziyarət edən uşaqlar və şagirdlər Qurani-Kərimin Əlcəzayirdə çapı tarixi və müxtəlif dövrlərdəki nəşri mərhələləri ilə tanış olublar.

Sərginin digər bir hissəsində isə Əlcəzayirin qədim və əlyazma Qurani-Kərim nüsxələri nümayiş olunub. Habelə qədim zamanlarda və müasir dövrdə Quranın tilavət və hifzinin təlimi və çapı üçün istifadə edilən təhsil ləvazimatları da sərgiyə çıxarılıb. Sərigdə iştirak edən uşaqlara mütəxəssislər Qurani-Kərim qədim çap alətləri barədə məlumat veriblər.

Əlcəzayirin müxtəlif bölgələrindən toplanmış və sərigdə nümayiş olunan bəzi Quran nüsxələrinin katibləri məlum olmayıb. Bu Quran nüsxələri "məbsut" hüsnnxətt növü ilə kitabət edilib. "Məbsut" hüsnxətt növü qədimdə Əlcəzayirdə yaşayan tayfalar arasında geniş yayılmış Ərəb xətt növü olub.   

http://iqna.ir/fa/news/3800921

captcha