IQNA

Avstraliya vətəndaşları Uyğur müsəlmanlarına dəstək oldu

12:02 - April 07, 2019
Xəbər sayı: 3484953
Avstraliyanın Melbrun şəhərinin əhalisi dünən, həftənin şənbə günü, 6 Aprel 2019-cu il, Çin dövləti tərəfindən təzyiqlərə məruz qalan Sincanda yaşayan Uyğur müsəlmanlara dəstək aksiyası keçiriblər.

Avstraliya vətəndaşları Uyğur müsəlmanlarına dəstək olduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstraliyanın Melbrun şəhərinin əhalisi dünən, həftənin şənbə günü, 6 Aprel 2019-cu il, Çin dövləti tərəfindən təzyiqlərə məruz qalan Uyğun müsəlmanlarına dəstək aksiyası keçiriblər.

Avstraliya müsəlmanları aksiyada Çin dövlətinin Şərqi Türküstanda yaşayan Uyğur müsəlmanlara qarşı həyata keçirdiyi irqçi və islamofob siyasətinə etiraz ediblər.

Uyğur müsəlmanlarına dəstək aksiyasını Avstraliyanın "Şərqi Türküstan Müsəlmanları Birliyi" və Viktoriya İslam Şurası təşkil ediblər.

Aksiyada iştirak edən uyğurlar və yerli vətəndaşlar "Şərqi Türküstana Azadlıq", "Çin dövləti utansın" və "həbs düşərgələri yığışdırılsın" kimi şüralar səsləndiriblər.

Qeyd edək ki, Çin dövləti son illərdə Sincanda yaşayan uyğur müsəlmanlara qarşı zor tətbiq edir, onların siyasi baxışları, mədəniyyəti, dinləri və dillərini dəyişdirmək istəyir.

Hazırda Çinin müxtəlif gizli düşərgələrində ki, sayının 1200-dən çox olduğu deyilir, 2 milyon civarına müsəlman saxlanılır.

http://iqna.ir/fa/news/3801330

Teqlər: çin ، uyğur ، avstraliya
captcha