IQNA

Türliyənin ən böyük məscidi istifadəyə verildi

23:06 - May 04, 2019
Xəbər sayı: 3485084
İstambulun bu məscidi Səlcuqilər və Osmanlı dövrünün memarlığı əsasında tikilib. Məscidin həyətində İslami incəsənət muzeyi, kitabxana, incəsənət qalareyası və toplantı zalı yerləşdirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Cümə günü, 3 May 2019-cu il, Türkiyə cümhuriyyətinin ən böyük məscidi olan Çamlıca məscidinin açılış mərasimi keçirilib.

İstambulda tikilən məscidin açılış mərasimində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da iştirak edib.

Çamlıca məscidinin tikintisi 2013-cü ildə başlamışdı. Məscidin sahəsi 15 min kv.metrdir və 63 min kv.metrik ərazidə tikilib. Məscidin altı minasəri var. Minarələrin uzunluğu 107 metdir. Bundan əlavə uzunluğu 90 metr olan digər iki minarəsi də var. Məscidin günbəzinin sahəsi 34 mert və uzunluğu 7 metrdir.

İstambulun Asiya hissəsində tikilən məscid Səlcuqilər və Osmanlı dövrünün memarlığı əsasında tikilib. Məscidin həyətində İslami incəsənət muzeyi, kitabxana, incəsənət qalareyası, toplantı zalı və təlim kurslarının keçirilməsi üçün hücərlər yerləşdirilib.

Bundan öncə Türkiyənin ən böyük məscidi Adana şəhərində yerləşən Sabanci məscidi hesab olunurdu. Bu məscid 1998-ci ildə istifadəyə verilmişdi. Sabanci məscidinin 28 min 500 nəfərlik tutumu var.      

http://iqna.ir/fa/news/3808489

captcha