IQNA

Bustanur-Reyhan məscidində Quranı xor oxudlar

11:14 - June 03, 2019
Xəbər sayı: 3485258
Mübarək Ramazan ayı münasibəti ilə Suriyanın Laziqiyyə şəhərinə ezam olunmuş "əl-Ənvar" təvaşih qrupu (dini musiqi kollektivi) Bustanur-Reyhan məscidində Qurani-Kərimi xorla tilavət ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, mübarək Ramazan ayı münasibəti ilə Suriyanın Laziqiyyə şəhərinə ezam olunmuş "əl-Ənvar" təvaşih qrupu (dini musiqi kollektivi) Bustanur-Reyhan məscidində Qurani-Kərimi xorla tilavət ediblər.

İran İslam Respublikasının Xuzistan əyalətinin "əl-Ənvar" təvaşih qrupu (dini musiqi kollektivi) mübarək Ramazan ayının Quran proqramları çərçivəsində Suriyaya ezam ediliblər.

Bu mərasimdə Laziqiyyənin İslami Fondunun baş direktoru Şeyx Mazin Şeyx, onun müavini Şeyx Əbdülfəttah Reyhavi, Bustanur-Reyhan məscidinin imamı Şeyx Eymən Məclubə, İİR Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Qulamhüseyn Dərgə və digərləri iştirak ediblər.

Quranla üns məclisində iştirak edən Suriyalı məsullar Quran fəaliyyətləri sahəsində həmkarlıq əlaqələri yaratdıqları üçün İİR Mədəniyyət Əlaqələri İdarəsinə təşəkkürlərini bildiriblər.  

Laziqiyyənin İslami Fondunun baş direktoru Şeyx Mazin Şeyx öz çıxışında şiə və sünni məzhəbləri arasında olan müştərək dəyərləri öncə çəkərək vahid ümmətin parçalanmasını əsassız hesab edib. O vurğulayıb ki, Allahı, kitabı, qibləsi və peyğəmbəri bir olan ümmət xırda və cüzi ixtilaflara görə təfriqəyə düçar olmamalı və vəhdətini qoruyub saxlamalıdır.    

http://iqna.ir/fa/news/3816834

captcha