IQNA

Misrin baş keşişi əl-Əzhərin şeyxi ilə görüşdü

11:27 - June 03, 2019
Xəbər sayı: 3485259
Misrin Qibti Xristianlarının rəhbəri Papa II Tawadros keçən həftənin Şənbə günü (1 İyun 2019) Misrin əl-Əzhər Beynəlxalq İslam Akademiyası və Misrin İslam Mərkəzinin  şeyxi Əhməd Təyyib ilə görüşüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ahram" informasiya portalına istinadla verdiyi xəbərə görə, Misrin Qibti Xristianlarının rəhbəri Papa II Tawadros keçən həftənin Şənbə günü (1 İyun 2019) Misrin əl-Əzhər Beynəlxalq İslam Akademiyası və Misrin İslam Mərkəzinin  şeyxi Əhməd Təyyib ilə görüşüb.

O, bu görüşdə müsəlmanları qarşıdan gələn Fitr bayramı münasibəti ilə təbrik edib və müsəlmanlar üçün sağlamlıq, xoşbəxtlik və təhlükəsizlik arzulayıb.  

Misrin əl-Əzhər Beynəlxalq İslam Akademiyası və Misrin İslam Mərkəzinin  şeyxi Əhməd Təyyib bu görüşdə deyib: Qibti Kilsəsi və Əl-Əzhər arasında məzhəbi münasibətlərin qarşılıqlı təbrikləşməsi və məsulların görüşləri ölkə əhalisi arasında möhkəm qardaşlıq əlaqələrinin göstəricisidir.

Bu görüşdə Misrin Dini İşlər və İslami Fondlar Naziri Məhəmməd Muxtar Cümə, Misrin baş müftisi Şövqi Əllam, əl-Əzhərin rəis müavini Saleh Abbas və digər məsullar da iştirak ediblər.  

http://iqna.ir/fa/news/3816719

Teqlər: misr ، qibti ، xristian ، kilsə ، fitr bayramı ، əl-əzhər ، şeyx
captcha