IQNA

Quran, İncil və Tövrat oxumaq uşaqlar üçün faydalıdır

13:51 - June 07, 2019
Xəbər sayı: 3485284
"Uşaqlara icazə verin İncil oxusunlar. İcazə verin Quran və Tövrat oxusunlar. Bu kitabları oxumaq qızlar və oğlanlar üçün faydalıdır." - bu sözləri Rusiya prezidenti jurnalistlərlə görüşündə deyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya Federasiyasının prezidenti Vladimir Putin dünən, həftənin Cüməaxşamı günü, 6 İyun 2019-cu il, Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forumu çivəsində dünyanın böyük informasiya agentliklərinin rəhbərləri ilə görüşündə vurğulayıb ki, Quran, İncil və Tövrat oxumaq uşaqlar üçün çox faydalıdır.

Jurnalistin "bütün ölkələrin uşaqlarına hansı kitabları oxumağı tövsiyə edərdiniz?" sualını cavablandıran prezident deyib: İncili, Quranı və Tövratı oxumaq bütün uşaqlar üçün faydalıdır. Çünki bütün dinlər insanları daha yaxşı dünyaya çatdıracaq inanclar üzərində köklənib. Bu kitablarda yazılanlara əməl etmək insanı yaxşı dünyaya çatdıracaq.

Putin əlavə edib: Uşaqlara icazə verin İncil oxusunlar. İcazə verin Quran və Tövrat oxusunlar. Bu kitabları oxumaq qızlar və oğlanlar üçün faydalıdır. Əgər insanlar bu kitabların təlimlərinə uysalar, daha gözəl, sakit və sabit bir dünyada yaşayacaqlar.  

http://iqna.ir/fa/news/3817449

Teqlər: iqna ، quran ، incil ، tövrat ، inanc ، İman ، rusiya ، prezident ، putin ، vladimir
captcha