IQNA

Rusiyalı zəvvarlara Quran öyrədən Azərbaycanlı – VİDEO

23:32 - June 11, 2019
Xəbər sayı: 3485315
Rusiyanın Moskva İslam Universitetinin ustadı Namiq Abışov bu il Həcc ziyarətinə yola düşəcək hacılara Quran oxumağı öyrədir.

Rusiyalı zəvvarlara Quran öyrədən Azərbaycanlı – VİDEO

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın Moskva İslam Universitetinin ustadı Namiq Abışov bu il Həcc ziyarətinə yola düşəcək hacılara Quran oxumağı öyrədir.

Rusiyalı hacılara Quran təlimi kursları təşkil edən ustad əslən Azəbaycanlıdır.

Quranı ustadı Namiq Abışov İQNA ilə müsahibəsində qeyd edib ki, hacıların Quran dərsləri müqəddəs Mədinə və Məkkə şəhərlərində ayinlərin icrası zamanı da davam edir.

O, Rusiyadan Həccə gedən ziyarətçilər karvanı ilə ruhani və Quran müəllimi olaraq ezam edilir. Həmin ziyarət çərçivəsində Quran oxumağı hacılara Rus dilində tədris edir.  

Mübarək Ramazan ayının axırlarında Ümrə ziyarətinə müşərrəf olan ustad əlavə edib: Həcc mərasimi günləri insanlara Quran öyrətmək üçün ən yaxşı fürsətdir. Çünki Rusiyadan Həccə ezam edilənlərin çoxu müxtəlif dini məsuliyyət daşıyan vəzifəlilərdir. Onlar Rusiyanın müxtəlif şəhərlərindən Ümrə həccini yerinə yetirmək üçün Vəhy diyarına gəlirlər.  

http://iqna.ir/fa/news/3818425

آموزش قرآن به زائران روسی خانه خدا + فیلم

captcha