İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərim hafizi Meysəm Yəhya Məhəmməd adlı azyaşlı xanım hələ orta məktəb yaşına çatmayıb, yazmaq və oxumaq bilmir.
Altı yaşlı bu balaca qızcığaz ölkəsinin (BƏƏ = Birləşmiş Ərəb Əmirlikləri) "ən balaca Quran hafizi" hesab edilir.
Meysəmin anası deyir: Qızımın üç yaşı olanda Şarcənin "Quran və Sünnət Müəssisəsi"nin Quran dərslərində iştirak edirdi. Həmin vaxtdan Quranı əzbərləməyə başladı və altı yaşında bütün Quranı əzbərləməyə müvəffəq oldu.
Ana əlavə edib: Qızım üç yaşında Qurani-Kərimin iki cüzünü əzbər bilirdi. BƏƏ-nin Şeyx Zayid Quran Yarışlarında iştirak etdi və yeddini yeri qazandı.