IQNA

Daha bir fələstinli gənc şəhid olub və dörd nəfər yaralanıb

17:21 - June 28, 2019
Xəbər sayı: 3485399
Qüdsün şimalındakı əl-İsəviyyə bölgəsində dünən bir fələstinli gəncin işğalçı və sionist İsrail rejimi qüvvələri tərəfindən öldürüldüyü və digər dörd fələstinlinin yaralandığı bildirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qüdsün şimalındakı əl-İsəviyyə bölgəsində dünən bir fələstinli gəncin işğalçı İsrail rejimi qüvvələri tərəfindən öldürüldüyü bildirilib.

əl-İsəviyyə bölgəsində dünən bir fələstinli gənc İsrail qüvvələri tərəfindən öldürülüb, dörd fələstinli də yaralanıb.

Fələstin rəsmi xəbər agentliyi "Wafa" işğalçı İsrail rejimi qüvvələrinin bölgəyə təşkil etdiyi basqın zamanı gənclərin üzərinə atəş açdığını qeyd edib.

İsrail rejimi qüvvələrinin açdığı atəş nəticəsində 20 yaşlı keçmiş məhbus Məhəmməd Səmir Ubeydin ürəyinə güllə dəyməsiylə şəhid olduğu, dörd nəfərin də orta və yüngül dərəcələrdə yaralandıqları vurğulanıb.

İşğalçı rejim qüvvələrinin bölgənin girişini bağladığı və bölgə sakinlərinin təcili tibbi yardım maşınların girişinə icazə verilməsi çağırışı etdiyi diqqətə çatdırılıb.

Əl-İsəviyyə sakinləri dünən günortadan sonra işğalçı qüvvələrin basqınları və bölgə əhalisiylə pis rəftarına etiraz məqsədilə aksiya keçirib.

http://iqna.ir/fa/news/3822927/

captcha