İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qüdsdə İsrailin Baqats adı verdiyi Ali Məhkəmə binasının divarına "1 Nömrəli vətəndaş olan Adolf Hitlerə öz missiyasını sona çatdırmasına niyə mane oldunuz?" yazısı yazılıb.
Namlum şəxslər Ali Məhkəmə sədri Ester Xayutun otağının pəncərəsinin altına bu sözləri qara rənglə yəhudi dilində yazıblar.
Yazıda Amerikalılar və Varşava Gettosunun döyüşçülərinin ünvanına sərt sözlər diqqət çəkir.
Yazını yazanlar Amerikalılar və Varşava Gettosunun (Polşanın paytaxtı Varşava şəhərində yəhudilərin toplanılması və saxlanılması üçün nəzərdə tutulmuş düşərgə) Hitlerin missiyasını sona çatdırmasına əsas maneələr kimi ittiham ediblər.
İsrail mediası bildirir ki, bunu yazan vandalları tapmaq mümkün olmayıb. /islamazeri/

