IQNA

Qırğızıstanda ilk dəfə Quran hafizi xanımlar məzun oldular

19:46 - June 30, 2019
Xəbər sayı: 3485420
Qırğızıstanın "Seyyid Xədicə (s)" qızlar dini mədrəsəsində ilk dəfə xanımlar bütün Quranı əzbərləyərək Quran hifzi ixtisası üzrə məzun oldular.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qırğızıstanın "Seyyid Xədicə (s)" qızlar dini mədrəsəsində ilk dəfə xanımlar bütün Quranı əzbərləyərək Quran hifzi ixtisası üzrə məzun oldular.

Qırğızıstanın "Seyyidə Xədicə (s)" qızlar dini mədrəsəsini ilk dəfə xanım Canər Məqsudova 2005-ci ildə Oş əyalətinin mərkəzi olan Oş şəhərində təsis etmişdir.

İndiyədək 200-dən çox qıza Quran öyrətmiş qızlar mədrəsəsi bu il də xanım Quran öyrəncilərindən 41 nəfərini məzun edib. Onların 24 nəfəri bütün Quranı əzbərləyərək Quran hafizi olublar.  

Mədrəsənin fəaliyyət göstərdiyi 15 il ərzində xanımlar orta hesabla üç il ərzində Quranı əzbərləyə bilirlər. Amma mədrəsənin tarixində 1 il ərzində bütün Quranı əzbərləyən 16 yaşlı qız da qeydə alınıb.

Seyyidə Xədicə (s) mədrəsəsi 2005-ci ildə təsis edilib, 2007-ci ildən rəmsi fəaliyyətə başlayıb. Hər il 100 nəfər xanım şagird qəbul edir. Əlbəttə mədrəsəyə qəbul edilən qızların təkcə 80 faizi təhsili uğurla başa vururlar.   

http://iqna.ir/fa/news/3823289

 

captcha