İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Qazaxıstandakı Mədəniyyət Əlaqələri İdarəsinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, Qazaxıstanın paytaxtı "NurSultan" şəhərinin Dəmir Yolu Vağzalının yaxınlığında paytaxtın on birinci məscidinin açılış mərasimi keçirilib.
Bu məscid "Rəhimqızı Raysa Ana"nın adını daşıyır. Məscid xüsusi podrat təşkilatının həmkarlığı ilə tikilib.
Məscidin açılış mərasimində Qazaxıstanın müftisi Sərikbay Hacı Araz da iştirak edib. O, mərasimdə məscid tikdirməyin əhəmiyyəti və savabı barədə yazıb.
O deyib: Məscid insanları mehribanlıq və eşqə və insanları bir-birinə kömək etməyə dəvət edən xüsusi bir ibadət ocağıdır. Məscid ehtiyaclı insanların sakitləşdiyi yerdir. Bu məkan iman, elm və təhsil dərgahıdır.
Qazaxıstanın müftisi əlavə edib: NurSultan şəhərində yeni məscidin tikilməsinə ehtiyacımız var idi. Allah bu məscidi tikəndən razı olsun.