IQNA

Amerika hava yollarının müsəlmanlara qarşı ayrıseçkiliyi davam edir

7:54 - September 21, 2019
Xəbər sayı: 3485849
American Airlines hava yolları ilə səfərə çıxan iki müsəlmanın uçuşu təyyarə xidmətçilərinin cüzi narahatçılığı və özlərini "rahat hiss etməmələri" səbəbi ilə ləğv edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, American Airlines hava yolları ilə səfərə çıxan iki müsəlmanın uçuşu təyyarə xidmətçilərinin cüzi narahatçılığı və özlərini "rahat hiss etməmələri" səbəbi ilə ləğv edilib.

Müxtəlif reyslər üzrə uçuşa hazırlaşan Əbdürrəuf Xavalidə və İsam Abdullah adlı iki müsəlman təyyarəyə minməyə gedərkən öncədən bir-biri ilə tanış olduqları üçün bir-birinə əl yelləyiblər. Onların bu işə təyyarə xidmətçilərinə xoş getməyib və guya bu iki nəfərə qarşı şübhələniblər.

Ekipaj xidmətçilərinin şikayəti əsasında hər iki müsəlman müsafir həbs edilib. Onlar şöbəyə aparılaraq soğrulanıblar, geyimləri və çantaları yoxlanılıb.

Alabamanın Birmenqam şəhərindən Teqzasın Dalasfurt şəhərində uçmaq istəyən bu iki müsəlman uçuşlarının qanunsuz ləğv edilməsi və polislərin onlarla irqi və dini zəmində fərqli davrandıqları üçün Amerika nəqliyyat nazirliyi əleyhinə şikayət hazırlayıblar.

Qeyd edək ki, bu, Amerikanın hava yollarında dini və irqi ayrıseçkilik zəminində baş verən ilk hadisə deyil. Bundan iki ay öncə də Afrikalı bir həkim guya geyiminin yaxşı olmadığı üçün təyyarədən endirilmişdi. Daha öncə isə (Aprel, 2018) digər bir Afrikalı kök və qara olduğu üçün polis tərəfindən hava limanında təhqir edilmişdi. Habelə 2017-ci ildə qaradərili müsafirlərin canları təhlükədə olduğu üçün onlara Amerika hava yollarından istifadə etməmək barədə xəbərdarlıq verilmişdi.    

http://iqna.ir/fa/news/3843386

captcha