IQNA

Kəşmirdə 13 min uşaq tutulub - Zülm davam edir

21:31 - October 01, 2019
Xəbər sayı: 3485897
Məlumata görə, uşaqlarını qurtarmaq istəyən ailələrdən 60 min rupi (təxminən 1400 manat) tələb edilir. Uşaqların tutulmasının səbəbi isə məlum deyil.
Hindistan hökumətinin 5 avqustdan etibarən əsarətdə saxladığı Cammu Kəşmirdə 13 minə yaxın uşaq tutulub.
Maide.Az “Yeni Şafak”a istinadən xəbər verir ki, yaşlı 14-ə qədər olan həmin uşaqlar 45 gündür həbsxanalarda saxlanılır. Onlara əsir kimi rəftar edildiyi bildirilir. 
Məlumata görə, uşaqlarını qurtarmaq istəyən ailələrdən 60 min rupi (təxminən 1400 manat) tələb edilir. Uşaqların tutulmasının səbəbi isə məlum deyil.
Xatırladaq ki, 5 avqustda Hindistanın Daxili İşlər naziri Amit Şah Cammu və Kəşmirin muxtar bölgə statusunu özündə ehtiva edən 370 saylı qanunun ləğv edildiyini açıqlayıb.
Qeyd  edək ki, 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949-cu ildən) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir “Hindistan İttifaqının tərkib hissəsi” elan edilib. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də, bu problem hələ də öz həllini tapmayıb. Ötən həftə Hindistanın bölgəyə əlavə hərbi  qüvvə yeritdiyinə dair xəbər yayılmışdı. 
Teqlər: iqna ، kəşmir ، hindistan ، cammu
captcha