İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində "İslam və Xristianlıqda əxlaqi dəyərlərin qorunması" seminarı keçiriləcək.
İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Oktaybar ayının 30-da keçiriləcək bu seminarla bağlı həftənin ikinci günü, 1 Oktyabr 2019-cu il, görüş keçirilib.
Görüşdə İran İslam Respublikasının Əddis-Əbəbədəki Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Səlman Rüstəmi və Mekanisus universitetinin rəis müavini və həmin universitetinin İlahiyyat institutunun rəisi Yakub Gidbu iştirak ediblər.
İran İslam Respublikasının Əddis-Əbəbədəki Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Səlman Rüstəmi görüşdə dini dialoqların əhəmiyyəti və bu dialoqların iki dinin davamçılarının bir-biri ilə yaxın tanışlığı və yaxınlığına səbəb ola biləcəyi barədə söhbət edib.
İki ölkənin müştərək dini fəaliyyətlərinin genişləndirilməsinin əhəmiyyətindən danışan İran rəsmisi bu seminarın keçirilməsi təklifini irəli sürüb.