IQNA

Honq Konqun qubernatoru müsəlmanlardan üzr istədi

11:34 - October 21, 2019
Xəbər sayı: 3486000
Məscidin camaat imamı Məhəmməd Ərşəd qubernatorun bu addımını müsbət qiymətləndirib və elan edib ki, Honq Konq müsəlman cəmiyyəti bu şəhərdə sülh içində yaşayacağına ümidvardır.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çinin Honq Konq əyalətinin polisi keçən həftənin Bazar günü bu şəhərin məscidlərindən birinə hörmətsizlik edib.

Aksiyaları dağıtmaq istəyən polislər su səpən mayelərdən istifadə ediblər. Bu zaman etirazçılardan bəziləri məscidinin önünə toplaşdırları üçün onları hədəfə almış mavi rəngli su məscidin qapısına tökülüb. Bu isə orada namazqılanların etirazına səbəb olub.

Müsəlmanların etirazlarına cavab olaraq bu gün, həftənin birinci günü, 21 Oktyabr 2019-cu il, Honq Konqun qubernatoru Karie Lam üzr istəyib.

Qeyd edək ki, Honq Konqun Kolon rayonun məscidi müsəlmanların mühüm ibadət mərkəzlərindən biridir. Honq Konqun qubernatoru xanım Karei Lam Yaponiyaya səfər edərkən yolüstü bu məscidi də ziyarət edib və məscidə başını bağlayaraq daxil olub. O, polisin istəməyərək etdiyi bu yanlışlığa görə müsəlmanlardan üzr istəyib.

Məscidin camaat imamı Məhəmməd Ərşəd qubernatorun bu addımını müsbət qiymətləndirib və elan edib ki, Honq Konq müsəlman cəmiyyəti bu şəhərdə sülh içində yaşayacağına ümidvardır.  

Honq Konq polisi də bəyaniyyə yayaraq bunun sadəcə bir hadisə olduğunu elan edib və bildirib ki, polis dini azadlığa hörmətlə yanaşır və bütün ibadət məkanlarını qorumağa çalışır.

Xatırladaq ki, Honq Konqda müxtəlif ölkələrdən, o cümlədən Hindistan, Malaziya, İndoneziya və Pakistandan mühacirət etmiş 300 min civarında müsəlman yaşayır. Bundan əlavə əyalətdə Çin tayfalarından olan 40 min yerli müsəlman var. Müsəlmanların ümumilikdə beş daimi və bir müvəqqəti məscidi və onlarla mədrəsəsi fəaliyyət göstərir.  

https://iqna.ir/fa/news/3851287

Teqlər: çin ، honq konq ، məscid ، uyğur ، iqna
captcha