IQNA

Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cənabları başsağlığı verib

17:56 - October 28, 2019
Xəbər sayı: 3486043
Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei  görkəmli alim höccətül-islam vəl müslimin  Hacı Seyid Cəfər Mürtəzanın vəfatı münasibətilə başsağlığı verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei  görkəmli alim höccətül-islam vəl müslimin  Hacı Seyid Cəfər Mürtəzanın vəfatı münasibətilə başsağlığı verib.

Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
"İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Dəyərli və çalışqan alim  höccətül-islam vəl müslimin  Hacı Seyid Cəfər Mürtəzanın  vəfatı xəbərini dərin hüzn və kədərlə aldım.  Bu görkəmli alimin İslam tarixi ilə bağlı çox dərin araşdırma  və kitabları var ki, həmin kitablar çox  rəvan və güclü qələmlə yazılıb. O öz kitabları ilə İslam dünyasına   böyük xidmət göstərib.  Mən dəyərli alimin vəfatı münasibətilə yaxınlarına, şagirdlərinə,  sevənlərinə və Livanın elm adamlarına başsağlığı deyirəm.  Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"
 
Qeyd edək ki,  Əllamə Seyyid Cəfər Mürtəza Amuli mütəkəllim, din alimi, İslam tarixi, şiə tarixi və Əhli-Beyt (ə) sirəsi üzrə mütəxəssis, Livan və Qum elmi dini hövzələrinin tanınmış ustadlarından biri idi. Mərhum alim oktyabrın 26-da   uzun sürən xətəlikdən sonra  74 yaşında vəfat edib. 
captcha