IQNA

Türkiyədə görmə əngəli olan qız Quran hafizi oldu

8:56 - October 31, 2019
Xəbər sayı: 3486057
Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərinin Sarısəki rayonunda yaşayan 31 yaşlı Zeynəb Əsra gözünün görməməsinə rəğmən bütün Quranı eşitmə metodu ilə əzbərləyə bilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərinin Sarısəki rayonunda yaşayan 31 yaşlı Zeynəb Əsra gözünün görməməsinə rəğmən bütün Quranı eşitmə metodu ilə əzbərləyə bilib.

Zeynəb Əsra Okur ailəsinin beş övladından biridir. O, dörd il öncə qızlar üçün Quran hifzi təlimi kurslarında iştirak etməyə başlayıb. Eşitmə yolu ilə Qurani-Kərimi bir neçə dəfə xətm edib. Ailəsinin köməyi və Quran audiolarını dinləyərək eşitmə yolu Quran əzbərləyib.

Türkiyənin Qeysəriyyə şəhərində keçirilən 2017-ci ilin Quran hifzi sınaqlarından uğurla çıxıb.   

https://iqna.ir/fa/news/3853222

captcha