IQNA

Yunanıstanda Türk müfti həbs edildi

0:38 - November 08, 2019
Xəbər sayı: 3486105
Yunanıstanın şimal-şəqrinqə yerləşən Qərbi Frakiya vilayətinin məhkəməsi Türk mənşəli müsəlmanların müftisi İbrahim Şərifi səksən günlük həbs edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yunanıstanın şimal-şəqrinqə yerləşən Qərbi Frakiya vilayətinin məhkəməsi Türk mənşəli müsəlmanların müftisi İbrahim Şərifi səksən günlük həbs edib.

Yunanıstanın şimal-şəqrinqə yerləşən Qərbi Frakiya vilayətinin 150 min türk yaşayan Komotini (Gümülcine) şəhərinin müsəlmanları tərəfindən müftiliyə seçilmiş İbrahim Şərif dövlət tərəfindən bu postu qanunsuz əldə etməkdə suçlanır.   

İbrahim Şərif 1990-cı ildən bu şəhərin müftisi vəzifəsində çalışır. O, 1999-cu ildə də oxşar ittiham ilə mühakimə edilmiş və Avropanın İnsan Haqları Birliyi məhkəməsinin qərarı ilə bəraət qazanmışdı.

Qeyd edək ki, 1913-cü ildə Afina ilə Osmanlı arasında bağlanmış müqaviləyə əsasən Yunanıstan müsəlmanları özlərinə müfti seçmək hüququna malikdirlər. amma 1991-ci ildən etibarən Yunanıstan dövləti həmin müqaviləyə əməl etmir və müftiləri dölvət təyin edir.   

https://iqna.ir/fa/news/3855306

Teqlər: yunanistan ، müfti ، türk ، Frakiya ، bmt ، iqna ، afina
captcha