IQNA

Hələbdə baş verən qanlı terror 18 can aldı

20:47 - November 16, 2019
Xəbər sayı: 3486153
Bu gün, 16 Noyabr 2019-cu il, Suriyanın Hələb şəhərinin əl-Bab rayonunun "əl-Kərac" məhəlləsində maşında yerləşdirilmiş bombanın partlaması nəticəsində 18 nəfər həyatını itirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, 16 Noyabr 2019-cu il, Suriyanın Hələb şəhərinin əl-Bab rayonunun "əl-Kərac" məhəlləsində maşında yerləşdirilmiş bombanın partlaması nəticəsində 18 nəfər həyatını itirib.

Suriya İnsan Haqları Gözətçisinin bu barədə məlumatında terror aktında 18 sivil vətəndaş ölüb və 33 nəfərdən çoxu yaralanıb. Yaralılardan bəzilərinin vəziyəti çox ağırdır. Ölənlərin sayının çoxalması ehtimalı var. Partlayış nəticəsində bəzi cəsədlər tamamilə yanıb.

Terroristlərin maşına yerləşdirdikləri bombanın partlaması nəticəsində ətrafdakı maşınlar yanıb və binalara ciddi zərər dəyib.

Suriya təhlükəsizlik qüvvələri terroru törədən cinayətkarların axtarışına başlayıb.

https://iqna.ir/fa/news/3857559

Teqlər: suriya ، terror ، hələb ، iqna
captcha