IQNA

Hicablı şagirdin məktəbə buraxılmaması etirazlara səbəb oldu

23:24 - November 19, 2019
Xəbər sayı: 3486175
Malavidə hicablı müsəlman qızların məktəbə qəbul edilməməsi müsəlmanların etirazı ilə qarşılanıb. MAM rəsmiləri dövləti bu məktəbin özbaşına atdığı addım qaşrısında passivlik göstərməsini qınayıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malavidə hicablı müsəlman qızların məktəbə qəbul edilməməsi müsəlmanların etirazı ilə qarşılanıb.

Malavi Müsəlmanlar Birliyinin (MAM) rəsmiləri dövləti bu məktəbin özbaşına atdığı addım qaşrısında passivlik göstərməsini qınayıblar.

Malavinin Balka şəhərinin Anqilkan məktəbi uzun illərdir ki, hicablı müsəlman qızların təhsilinə mane olmaqda davam edir.

Şeyx Dinala Çabulika (MAM-ın sözçüsü) bu barədə deyib: Bu məktəbdə təhsil davam edir, amma müsəlman qızlar sinifdə hicabla otura bilməzlər. Təhsil nazirliyi bu qeyri-qanuni işin qarşısında səssiz dayanmamalıdır. Bu vəziyyətlə bizim qızlarımız təhsil haqqından məhrum edilirlər.  

Malavi dölvəti bəyaniyyə yayaraq bildirib ki, məktəblər heç bir şagirdi geyim qaydalarına riayət etmədiyi üçün məktəbdən qova bilməz. Buna baxmayaraq bu ölkənin katolik kilsəsi bəyaniyyəni görməzdən gəlir və təhsil qanunlarının hicabı məktəbli geyim forması kimi qəbul etmədiyini iddia edir.  

https://iqna.ir/fa/news/3858159

Teqlər: malavi ، hicab ، katolik kilsəsi ، iqna
captcha