İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı sionist rejimin rəsmiləri dünən, həftənin Şənbə günü, 23 Noyabr 2019-cu il, Yəhudi bayramlarının başlaması bəhanəsi ilə əl-Xəlil şəhərinin "Həzrət İbrahim məscidi"ni Fələstinlilərin üzünə bağlayıblar.
Terroçu sionist rejiminin silahlı qüvvələri müsəlmanları namaz üçün məscidə girməyə qoymayıblar. Sionist qəsəbə sakinləri hərbiçilərin qoruması altında məscidə soxulublar. Qəsəbə sakinləri İbrahimi məscidinin həyətində çadırlar quraraq İslami müqəddəs dəyərləri təhqir ediblər.
Fələstinin Dini İşlər və İslami Fondlar nazirliyi elan edib: İşğalçı sionist qoşunları İbrahimi məscidini cari ildə yeddi dəfə müsəlmanların üzünə bağlayıblar və 443 dəfə bu məsciddə Azan verilməsinin qarşısını alıblar.
Qeyd edək ki, İbrahimi məscidi əl-Xəlil şəhərinin qədim hissəsindədir. İbrahimi məscidində Həzrət İbrahim peyğəmbər (ə), Həzrət İbrahimin oğlu İshaq peyğəmbər (ə), Həzrət İshaqın (ə) oğlu Yəqub peyğəmbər (ə) və Həzrət Yəqubun (ə) oğlu Yusif peyğəmbərin (ə) qəbirləri var.
Bu şəhərdə 1500 sionist silahlısı 400 qəsəbə sakinini qoruyur.