IQNA

Səudiyyənin Quranda çap səhvi qalmaqal yaratdı

12:16 - December 05, 2019
Xəbər sayı: 3486262
Sosial şəbəkələrdə Səudiyyənin "Məlik Salman Müshəfi" adlanan Quranda çap səhvi baş verdiyini göstərən şəkil paylaşılıb. Bu müshəfin Qələm surəsinin 34-cü ayəsində "cənnat" sözü yerinə "cənnas" yazılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sosial şəbəkələrdə Səudiyyə Ərəbistanın "Məlik Salman Müshəfi" adlanan Qurani-Kərimdə çap səhvi baş verdiyini göstərən şəkil paylaşılıb.

Bu Quran nüsxəsində Qələm surəsinin 34-cü ayəsində "cənnat" (جَنَّات) sözü yerinə "cənnas" (جَنَّاث) yazılıb.

Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, Mədinə şəhərinin "Məlik Fəhəd Quran Məcmuəsi"nin çap etdiyi müshəfdə "Məlik Salman Müshəfi"ndəki çap səhvi yoxdur. "Məlik Fəhəd Quran Məcmuəsi"nin belə bir kobud səhvə yol verəcəyi inandırıcı deyil. Sosila şəbəkələrdə paylaşılan bu şəkilin xəbəri yəqin ki, "Məlik Fəhəd Quran Məcmuəsi"nə çatacaq və onlar bu barədə rəsmi addım atacaqlar.

Sosial şəbəkə istifadəçiləri çap səhvi olan bu müshəfdən bir nüsxəsini "Məlik Fəhəd Quran Məcmuəsi"nin xəttatı Osman Tahaya göndərəcəklərini deyiblər.       

https://iqna.ir/fa/news/3861621

captcha