IQNA

Hindistanda Quran və Hədis hifzi yarışları keçirildi

23:46 - December 09, 2019
Xəbər sayı: 3486284
Hindistanın "əl-Müfəllihat" dini cəmiyyətinin təşəbbüsü ilə Heydərabad şəhərinin Kothapet rayonunda Quran və Hədis hifzi yarışları keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın "əl-Müfəllihat" dini cəmiyyətinin təşəbbüsü ilə Heydərabad şəhərinin Kothapet rayonunda Quran və Hədis hifzi yarışları keçirilib.

Quran və Hədis hifzi yarışları dünən, həftənin Bazar günü, 8 Dekabr 2019-cu il, Hindistanın "Əhli-Hədis" cəmiyyətinin rəisi Şeyx Əsğər Əli Həfizullahın nəzarəti altında başa çatıb.

Bu yarışlarda Hindistanın müxtəlif vilayət və şəhərlərindən olan 1250 nəfər Quran və hədis hafizi iştirak edib.

Yarışın qalibləri ilə pul ilə mükafatlandırılıb.

https://iqna.ir/fa/news/3862753

 

captcha