IQNA

 Ayətullah Sistani baş nazirliyə namizədlər barədə mövqe bildirib

20:48 - December 17, 2019
Xəbər sayı: 3486328
Ayətullah Sistaninin namizdələrin qəbul edilməsi barədə heç bir şəxsi mülahizəsi yoxdur. Bu işin məsuliyyətini parlament fraksiyalarının öhdəsinə buraxıb ki, onlar konstitusiyaya uyğun əməl etsinlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqda yaşayan təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin dəftərxanasına yaxın olan siyasi bir qaynaq elan edib: Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani cənabları ölkəyə yeni baş nazirin seçilməsi işinin konstitusiya əsasında fraksiyaların üzərində olduğunu vurğulayıb.  

Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin dəftərxanasına yaxın olan siyasi qaynaq əlavə edib: Təqlid mərcəsinin namizdələrin qəbul edilməsi barədə heç bir şəxsi mülahizəsi yoxdur. Bu işin məsuliyyətini parlament fraksiyalarının öhdəsinə buraxıb ki, onlar ölkənin konstitusiyasına uyğun əməl etsinlər.

https://iqna.ir/fa/news/3864679

 

captcha