IQNA

Quranda surənin adının dəyişdirilməsi qalmaqal yaratdı

11:06 - December 19, 2019
Xəbər sayı: 3486335
Sosial şəbəkə istifadəçiləri bu qənatədədirlər ki, BƏƏ-də çap edilən Quran nüsxəsində “İsra” surəsinin “Bəni-İsrail” adı ilə nəşr edilməsinin əsas hədəfi “yəhudilərin razılığını qazanmaq” olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) çap və nəşr etdiyi yeni Quran nüsxəsində bu müqəddəs kitabın surələrindən birinin adında səhvə yol verilib və bu məsələ sosial şəbəkə istifadəçiləri və müsəlmanların hiddət, etiraz və qınağına səbəb olub.

BƏƏ-nin nəşr etdiyi bu nüsxədə Qurani-Kərimin “İsra” surəsinin adı “Bəni-İsrail” (İsrail övladları) adı ilə əvəz olunub.

واکنش اماراتی‌ها به تغییر نام یک سوره در چاپ جدید مصحف 

BƏƏ-nin “Darul-Birr” xeyriyyə birliyinin təşəbbüsü ilə İslam ölkələrində pulsuz payalanılması hədəfi ilə çap və nəşr edilmiş Quran nüsxəsində baş vermiş bu səhvin fotosu tez bir zamanda sosial şəbəkələrdə sürətlə yayılıb.

Sosial şəbəkə istifadəçiləri bu qənatədədirlər ki, “İsra” surəsinin “Bəni-İsrail” adı ilə nəşr edilməsinin əsas hədəfi “yəhudilərin razılığını qazanmaq” olub.

Qeyd edək ki, Quran elmləri və təfsir kitablarında bu surə üçün qədimdən üç ad (İsra; Bəni-İsrail; Sübhan) deyilsə də camaatın əlində olan Quran nüsxələrində surənin adı həmişə İsra olaraq keçib.  

https://iqna.ir/fa/news/3865015

 

     

captcha