İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstanda xanımlar arasında Qurani-Kərimin hifzi, rəvan oxunuşu və peşəkar qiraəti üzrə yarışlar keçirilib.
Taraz şəhərinin Əbu Bəkr Siddiq məscidində “Quran doğru yoldur” devizi ilə keçirilən yarışlarda 87 xanım iştirak edib.
Xanımların 38 nəfəri Qurani-Kərimin rəvan oxunuşu, 17 nəfəri Quranın peşəkar qiraəti, 17 nəfər 1 cüz və 15 nəfəri yarım cüz hifzi üzrə yarışıblar.
Qazaxıstanın Müsəlmanların Mənəvi İşlər İdarəsinin Jambil vilayətindəki nümayəndəsi Qanat Jumaqul bu yarışların hakimlər heyətinə rəhbərlik edib.