IQNA

Kərbəlada niqablılar etirazçılara hücum etdilər

22:41 - December 25, 2019
Xəbər sayı: 3486362
Kərbəla şəhərində dinc aksiya keçirən vətəndaşlar hücuma məruz qalıblar. Əllərində bıçaq və digər kəsici alətlər olan təxribatçı niqablılar Kərbəlanın “əz-Zəribə” küçəsində etirazçılara hücum ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, 25 Dekabr 2019-cu il, İraqın Kərbəla şəhərində dinc aksiya keçirən sivil vətəndaşlar hücuma məruz qalıblar.

Əllərində bıçaq və digər kəsici alətlər olan təxribatçı niqablılar Kərbəlanın “əz-Zəribə” küçəsində etirazçılara hücum ediblər.

Hücum zamanı təxribatçılar və etirazçılar arasında qarşıdurma yaranıb. Hər iki tərəfdən yaralananlar olub.

Bu günlərdə İraqda etiraz aksiyaları sakitləşsə də bəzi qəsəbə və rayonlarda pərakənda aksiyalar keçirilir.  

https://iqna.ir/fa/news/3866710

Teqlər: İraq ، kərbəla ، təxribat ، iqna
captcha