İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyanın İslami işlər, İslami fondlar və müqəddəs məkanların işi üzrə naziri Məhəmməd Xəlayə məscidlərdən siyasi maraqlar üçün sui-istifadə edilməsinin dayandırılmasını tələb edib.
İordaniyanın İslami işlər, İslami fondlar və müqəddəs məkanların işi üzrə naziri Məhəmməd Xəlayə dünən, həftənin Şənbə günü, 28 Dekabr 2019-cu il, Müfrəq vilayətinin “Sühvət” rayonunda “Beytul-Müqəddəs” məscidinin açılış mərasimində İslam dinində məscidin əhəmiyyət və rolundan danışaraq deyib: Məscidlər müxtəlif dini ayinlərin icrası, ibadət, təbliğ, hidayət və sosial inkişaf hədəfi ilə inşa edilir.
O əlavə edib: İslam peyğəmbərinin (s) hicrətdən sonra hakimiyyəti məsciddən başlayıb. Buna görə də məsciddən siyasi məqsədlər üçün sui-istifadə edilməsinə və ideologiya mübarizəsinin döyüş meydanına çevirilməsinə icaz verməyəcəyik.
Açılış mərasimində çıxış edən Müfrəq vilayətinin İslami fondlar idarəsinin rəisi Məhəmməd Hisban vurğulayıb: Məscid tikmək bir cəmiyyət qurmaq və formalaşdırmaq deməkdir. Buna görə məscidlərin işinə nəzarət həmişə İslami fondlar nazirliyin öhdəsindədir.