İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Dallas şəhərində işləyən hicablı müsəlman xanım dini geyiminə görə işdən qovulub.
Folake Adebola adlı bu xanım bu barədə özünün sosial şəbəhə hesabında video paylaşaraq məlumat verib.
Bu hadisə Teqzas əyalətinin Dallas şəhərinin Fort Worth rayonunda yerləşən “Chiken Express” fəst-foud şəbəkə restoranlarından birində başa verib.
Restoranın rəisi hicablı müsəlman xanımın dini simvolu daşımasına qarşı gələrək onu restorandan qovub.
Folake Adebola deyir ki, o, İslam dinin yeni qəbul edib və hicab bağlamaq qərarını verib. Hicab bağlayaraq işə getdikdə isə işdən qovulub.