IQNA

Ayətullah Sistani general Süleymaninin şəhid olması ilə əlaqədar Ali Dini Rəhbərə başsağlığı verdi

22:52 - January 05, 2020
Xəbər sayı: 3486430
İraqın Nəcəf şəhərində yaşayan böyük mərcəyi-təqlid alim Həzrət Ayətullah Üzma Seyid Əli Sistani cənabları Müsəlmanların Ali Dini Rəhbəri Həzrət Ayətullahul-üzma Seyid Əli Xameneiyə məktub göndərib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şiələrin İraqın Nəcəf şəhərində yaşayan böyük mərcəyi-təqlid alimi Həzrət Ayətullah Üzma Seyid Əli Sistani cənabları Müsəlmanların Ali Dini Rəhbəri Həzrət Ayətullahul-üzma Seyid Əli Xameneiyə məktub göndərərək, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri general-leytenant şəhid Qasım Suleymaninin kədərli terror hadisəsi ilə əlaqədar başsağlığı verib.

Şiələrin İraqın Nəcəf şəhərində yaşayan böyük mərcəyi-təqlid alimi Həzrət Ayətullah Üzma Seyid Əli Sistani cənabları məktubunda belə qeyd edib: “Hacı Qasım Suleymaninin şəhid olması xəbəri təəssüf və kədər mənbəyi oldu. Mərhum Süleymaninin İraqdakı İŞİD ilə mübarizədəki nadir rolu və bu mövzuda dözümlə etdikləri çoxlu səyləri unutmaq olmaz”.

Məktubun davamında isə belə qeyd olunub: “Bu böyük şəhidin itkisi ilə əlaqədar Sizə (Ali Dini Rəhbər) və bütün nəcib İran xalqına, xüsusən əziz Kerman xalqına başsağlığı verir və Allahdan mərhum general Süleymaninin ən ali məqamı üçün dua edir və ailəsi üçün səbr diləyirəm”.

https://iqna.ir/fa/news/3869477

Teqlər: iqna ، xamenei ، sistani ، qasim süleymani
captcha