IQNA

Əbu Mehdi Mühəndisin intiqamının alınacağı zaman çatdı

14:55 - January 09, 2020
Xəbər sayı: 3486469
“Əsaibu Əhlil-Həqq” hərəkatının baş katibi Şeyx Qeys əl-Xəzəli elan edib: İraqın Şəhid Əbu Mehdi Mühəndisin (Həşduş-Şəəbinin - Xalq Könüllüləri Hərəkatı - rəis müavini) intiqamını alması vaxtı çatıb!

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın “Əsaibu Əhlil-Həqq” hərəkatının baş katibi Şeyx Qeys əl-Xəzəli öz sosial şəbəkə hesabında SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) ABŞ-ın Eynul-Əsəd hərbi bazasına raket zərbəsi endirməsinə münasibət bildirib.

O, bəyaniyyə yayaraq elan edib: İraqın Şəhid Əbu Mehdi Mühəndisin (Həşduş-Şəəbinin - Xalq Könüllüləri Hərəkatı - rəis müavini) intiqamını alması vaxtı çatıb!

İraqın “Əsaibu Əhlil-Həqq” hərəkatının baş katibi Şeyx Qeys əl-Xəzəli yazıb: İran İslam Respublikasının Şəhid Qasim Süleymaninin terror edilməsinə ilk reaksiyanı verdi. İndi isə İraqın intiqam almasının və Əbu Mehdi Mühəndisin terror edilməsinə cavab verməyinin vaxtı çatıb. İraq xalqı şücaətli və cəsurdurlar. İraq xalqının da cavabı İran millətinin cavabından az olmayacaq. Bu bir vədədir!

Bundan əlavə İraqın baş naziri Adil Əbdülmehdinin sözçüsü və İraqın silahlı qüvvələrinin komandiri General Əbdül-Kərim Xələf SEPAH-ın ABŞ-ın Eynul-Əsəd hərbi bazasını vurması barədə açıqlama verərək deyib: İran bizə ABŞ-a verəcək cavab barədə şifahi və yazılı xəbərdarlıq etdi. Biz də bu barədə öz komandirləmizi məlumatlandırdıq. İraqlı silahlı qüvvələrin zərər görməməsi üçün lazımlı tədbirləri gördük. İndiyədək İraqın silahlı qüvvələri, sivil vətəndaşları və digər koalisiya qüvvələrinin bu hücum zamanı zərər aldığı barədə məlumat yayılmayıb.

İraqın “əl-Bədr” hərəkatının komandiri Hadi Amirinin rəhbərlik etdiyi “əl-Fəth” fraksiyası ölkənin parlamentində İranın intiqam hücumuna münasibət bildirərək deyib: Amerika və onun bazaları İraqın hakimiyyət hüquqlarını əzir. Amerika İraq torpağından çıxmalıdır.

Qeyd edək ki, İranın SEPAH təşkilatının hərbi hava qüvvələri Yanvar ayının 8-də Şəhid Süleymaninin terror edilməsinə cavab olaraq ABŞ-ın İraqdakı Eynul-Əsəd hərbi bazasını raket zərbələri endirib. Bu hücumda 80-dən çox Amerika hərbiçisi ölüb və 200-dən çox hərbi yaralanıb.  

https://iqna.ir/fa/news/3870285

captcha