IQNA

Pakistanlı siyasi yazar General Süleymanidən yazdı

12:13 - January 20, 2020
Xəbər sayı: 3486529
Amerikalılar və sionistlər illər idi Qasim Süleymaninin aradan götürülməsini arzu edirdilər. Çünki Şəhid Qasim Süleymani Orta Şərqdə böyük İsrail yaratmaq layihəsinin qarşısındakı ən böyük maneə idi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanlı siyasi təhlilçi və yazar Məzhər Berlas bu ölkənin "geo.tv" peyk tv kanalının informasiya portalında Şəhid Qasim Süleymaninin şəxsiyyəti barədə məqalə yazıb.

O, İran və Pakistanın qədim və tarixi əlaqələrinə işarə edərək yazır: Cavanların çoxunun şayəd yadına gəlməsin, amma 30 il öncə İran və Pakistan iki bədəndə olan bir ruh idi. Pakistan müstəqilliyini elan etdiyi zaman bizi rəmsi tanıyan ilk ölkə İran oldu. Həmin illərdə Pakistanda təhsil almağa gələn İranlıların sayı çox idi. Bəlkə də İran və Pakistanı bağlayan tellərdən biri də qərblilərin ölkəmizi işğal etməməsindən öncə Pakistanda Fars dilinin geniş yayılması idi.

Məzhər Berlas vurğulayır: Pakistanın ilk prezidenti İskəndər Mirzanın həyat yoldaşı iranlı idi. Bizim məşhur xanım baş nazirimiz Binəzir Butunun anası Nüsrət Butu da iranlı idi.

Pakistanlı siyasi təhlilçi yazır: İran və Pakistan arasındakı məhəbbət bağları 1977-ci ilin İyun ayının 5-də Pakistanın ordusunun komandiri diktator General Ziyaul-Həqqin Zülfüqar Əlinin dövləti əleyhinə hərbi çevirilişinədək davam etdi. Ziyaul-Həqqin hakimiyyətə gəliş ilə biz çox şey itirdik. O cümlədən İranlılar Pakistandan uzaqlaşdırıldılar. Bu işdə (qərblilərin iş üzərinə gətidriyi) Ziyaul-Həqqin "ideoloji övladları"nın çox təsiri oldu.

O əlavə edir: Bunlar göstərir ki, dövlətlərin iki xalq və ölkə arasında əlaqələrin necəliyində ciddi təsiri var. Bunu bilin ki, Pakistanın milli himni Fars dilindədir. Amma biz Fars dilli bir xalqdan bu qədər uzağıq. Biz öz əlimizlə iranlıları hindistanlılara tərəf itələdik. Bu məsələnin də dastanı uzundur. Amma indi General Qasim Süleyamninin məsələsinə gələk ki, onun şəhadəti regionda vəziyyəti dəyişmək üzərədir.

Əkinçi ailəsinin oğlu; General Süleymani

Qasim Süleymani anadan olan zaman Pakistan və İran əlaqələri süd ilə şəkər kimi idi. O, 1957-ci ildə Kermanın kəndlərindən birində əkinçi ailəsində dünyaya göz açdı. 12 yaşında kənddən şəhərə gəldi. Burada bir mağazada şagird işləməyə başladı. Sonra Kermanın su idarəsində işə düzəldi. Həmin illərdə gecələr vaxtını İmam Xomeyninin çıxışlarına qulaq asmaqla keçirərdi. 1979-cu ildə İslam İnqilabının qələbəsindən sonra SEPAH sıralarına qoşuldu. Kürdüstanda üsyançılar ilə vuruşdu. 80-cı illərdə İraq və İran savaşına qatıldı. Kermanın 41-ci Sarəllah taboruna komandirlik etdi. İşğal edilmiş bir çox əraziləri İraqdan geri aldı. İran xalqının tanınmış və sevimli komandirinə çevirildi.

Şəhid Qasim Süleymani 80-cı illərdə Pakistanın quru qoşunlarının sabiq komandiri General Əsləm Beklə səmimi görüş keçirmişdi.

Şəhid Qasim Süleymani İrana hücum edən Səddamın məhv edilməsində, İŞİD terrorçularının Suriya və İraqdan çıxarılmasında əhəmiyyətli rol ifa etdi.

Amerika və müttəfiqləri bu generalı sevmirdi. Çünki onların Orta Şərq üçün qurduqları planları alt-üst edirdi.

O həqiqətən də İranlıların fəxri idi, regionda tanınan hərbi strategiyaçı idi, və İrandan xaricdə öz millətinin düşmənləri ilə məharətlə döyüşürdü.

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri 2011-ci ildə onu General rütbəsi ilə təltif etdi. Və onu "canlı şəhid" adlandırdı.

O, SEPAH-ın Qüds briqadasının komandiri olaraq region ölkələrinə çox səfər edirdi. 2006, 2012 və 2015-ci illərdə onun şəhid edilməsi xəbəri yayılmışdı.

Şəhid General-Leytenant Qasim Süleymani İranlıların və regionun məzlum xalqlarının sevimlisi idi. Az danışarda, eyni halda şirin ləhcəli və mehriban idi.

Şəhadətindən bir az öncə dostları ilə danışanda demişdi: "Mən Kərbəla övladıyam və şəhid olmaq arzumdur".

Sonda Yanvar ayının 3-də, Cümə günü, öz arzusuna çatdı. Beyrutdan Suriyaya gəldi. Suriyadan adi uçuşla Bağdada çatdı. Hava limanı onun şəhid edildiyi yer oldu.

Bu hadisədə Qətərin hərbi hava bazasından havaya qalxan PUA-dan atılan "Halfayr" raketi Şəhid Qasim Süleymani aparan maşını vurdu. Terror əməliyyatını Amerikanın "Navada" hərbi hava bazası həyata keçirdi.

Amerikalılar və sionistlər illər idi Qasim Süleymaninin aradan götürülməsini arzu edirdilər. Çünki o, Orta Şərqdə böyük İsrail yaratmaq layihəsinin qarşısındakı ən böyük maneə idi.

Şəhid Süleymaninin sehirli bir şəxsiyyəti var idi. O, Yəmən, Suriya, İraq, Livan və Fələstində bütün şiə və sünni müqavimət güclərini dəstəkləyir və onlara hərbi təlimlər verirdi.

Pakistanın rəhbəri demişdi: "Əgər İrana hücum olunsa, biz tərəfsiz mövqe tutacayıq".

Qasim Süleymani buna cavab olaraq demişdi: "Əgər Pakistana hücum edilsə, biz qan verəcəyik və şəhid olmağımız bizim üçün iftixar olacaq".

İqbal Lahuri demişkən:

Şəhadətdir möminin məqsədi və mətləbi

Qənimət deyil, nə də işğal etmək ölkəni

https://iqna.ir/fa/news/3872762

captcha