IQNA

ABŞ İM-lərində Quran mövzusunda kitablar təqdim edilir

23:55 - January 25, 2020
Xəbər sayı: 3486558
ABŞ İslam Mərkəzlərində və məscidlərində "Ali-Yasin" müəssəsinin mədəni fəaliyyətləri istiqamətində Quran mövzularında əsrəyə gətirilmiş kitablar təqdim edilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ İslam Mərkəzlərində və məscidlərində "Ali-Yasin" müəssəsinin mədəni fəaliyyətləri istiqamətində Quran mövzularında əsrəyə gətirilmiş kitablar təqdim edilir.

İran İslam Respublikasının "QHT" təşkilatlarından biri olan və xarici ölkələrdə dini və mədəni maarifləndirmə üzrə fəaliyyət göstərən Ali-Yasin müəssisəsi Amerikanın müxtəlif İslam mərkəzləri və məscidlərində müsəlmanlara mədəni-maarif xidmətləri göstərir.

Dini fəaliyyətləri ilə Amerikanın 460 məscid və mərkəzini əhatə edən bu müəssisənin Kanada və Avstriya mədrəsələri və məscidləri ilə mədəni əlaqələr yaradıb.

Ali-Yasin müəssisəsi əlaqə yaratdığı məscid, mədrəsə və məkrəzlərdə İslam dininin müxtəlif mövzularında, o cümlədən Qurani prinsiplərə əsasən uşaqların təlim və tərbiyəsi, uşaqlar üçün aplikasiya və animasiya hazırlanması xidmətləri göstərir və Quran mövzusunda kitabların nəşri və yayılması ilə məğul olur.

Bu müəssisə Kaliforniyanın "Səba", Los-Ancelesin "Məscidul-Həram", "Məscidur-Rəsul" və "Vilayət", Virciniya və Merilandın İslam Mərkəzi və onlarla digər mərkəzdə mədəni və dini fəaliyyətlər göstərir.

https://iqna.ir/fa/news/3873906

captcha