IQNA

Ərəbistan ölkə xaricində olan məscidlərə maddi dəstəyi dayandırdı

11:22 - January 27, 2020
Xəbər sayı: 3486570
İndiyədək təkfirçi və radikal vəhabi şeyxlərin nüfuzu altında olan işğalçı və terrorçu Səudiyyə Ərəbistanı krallığı xarici ölkələrdə olan məscidlərə maddi dəstək göstərməyəcəyini elan edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, indiyədək təkfirçi və radikal vəhabi şeyxlərin nüfuzu altında olan işğalçı və terrorçu Səudiyyə Ərəbistanı krallığı xarici ölkələrdə olan məscidlərə maddi dəstək göstərməyəcəyini elan edib.

Bu barədə Səudiyyə Ərəbistanın sabiq Ədliyyə naziri və hazırda Müsəlman Dünya Birliyinin baş katibi Məhəmməd ibn Əbdülkərim İsa məlumat verib.

Müsəlman Dünya Birliyinin baş katibi Məhəmməd ibn Əbdülkərim İsa İsveçrənin "Le Matin Dimanche" qəzeti ilə müsahibəsində deyib: Səudiyyə Ərəbistanı yerli dövlət rəsmiləri ilə bu barədə danışıqlar aparıb, bundan sonra məscidlərin idarə edilməsi icra şuralarına tapşırılacaq və məscidlərin idarəsi "inanılmış əllər"də olacaq.

O əlavə edib: Ərəbistan bütün ölkələrdə məscidlərin təhlükəsizliyinin təmin edilməsi səbəbi ilə indiyədək öz nəzarəti altında olan məscidlərin idarəsini yerli şuralara öhdəsinə qoyacaq.  

https://iqna.ir/fa/news/3874269

captcha