IQNA

Ərdoğan: “Əsrin sazişi”ni dəstəkləyən ərəb ölkələri öz xalqlarına xəyanət edirlər

21:39 - January 31, 2020
Xəbər sayı: 3486599
“Əsrin sazişi”ni dəstəkləyən ərəb ölkələri öz xalqlarına xəyanət edirlər. İslam ölkələrinin Trampın “Əsrin sazişi” planına münasibətinə baxanda halımıza acıyıram”. - bunu Rəcəb Tayyib Ərdoğan deyib.

“İslam ölkələrinin Trampın “Əsrin sazişi” planına münasibətinə baxanda halımıza acıyıram”. - İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Başda Səudiyyə Ərəbistanı olmaqla, nə İordaniya, nə Bəhreyn, nə də Birləşmiş Ərəb Əmirliklərinin səsi çıxır. Bəs nə zaman səsinizi çıxaracaqsınız? Hələ bir bunu alqışlayırlar, ayıb olsun. “Əsrin sazişi”ni dəstəkləyən ərəb ölkələri öz xalqlarına xəyanət edirlər”, - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib. Tramp bildirib ki, Qüds İsrail dövlətinin bölünməz paytaxtı olaraq qalacaq.

https://iqna.ir/fa/news/3875384

captcha