IQNA

 Məscidi seçki məntəqəsinə çevirdilər

23:05 - February 04, 2020
Xəbər sayı: 3486625
Məsciddə seçki keçirilməsinin mənası insanların təhlükəsiz bir yerdə seçkidə iştirak etməsidir. Burada insanların arasında heç kim ayrıseçkilik salmır.   

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikada keçiriləcək seçkilərdən birində bir neçə şəhərin məscidini seçki məntəqəsinə çeviriblər.

Müsəlmanlar bu məsələni normal və hətta alqışla qarşılayıblar.  

Belə bir hadisə Amerikanın Ayova vilayətində ilk dəfədir ki, baş verir.

"Bernie Sanders" kampaniyasının Fələstin əsilli Amerika vətəndaşı Məhəmməd Əli bu barədə deyib: Müsəlmanlar seçki məntəqələrinə toplamaq çətindir. Bəzi müsəlmanların özgüvəni zəifdir. Bəziləri özlərini rahat hiss etmirlər. Bəziləri də ayrıseçkilik ilə üzləşəcəklərindən qorxub siyasi məsələlərdə iştirak etmirlər. Bu il isə müsəlman cəmiyyətindən olan seçicilərin sayı çoxalıb.  

O əlavə edib: Bu il müsəlmanların seçkilərdə izdihamlı iştirakının səbəbi Ayova vilayətinin beş məscidində seçki məntəqəsi yaradılmasıdır. Və ilk dəfədir ki, bir İslam mərkəzində seçki məntəqəsi yaradılır və müxtəlif din və partiyadan olan insanlar bir yerə toplaşırlar.  

Müsəlmanların seçki məntəqəsinin seçki qərargahının rəisi Rumi Xan deyib: Məsciddə seçki keçirilməsinin mənası insanların təhlükəsiz bir yerdə seçkidə iştirak etməsidir. Burada insanların arasında heç kim ayrıseçkilik salmır.   

https://iqna.ir/fa/news/3876393

Teqlər: seçki ، məscid ، amerika ، iran
captcha