IQNA

Ayətullah Xameneidən müsəlmanlara ÇAĞIRIŞ

17:10 - February 05, 2020
Xəbər sayı: 3486633
Ali Rəhbər  Ayətullah Xamenei bu gün səhər  İslam İnqilaıbının  41 illiyi münasibəti ilə ölkənin müxtəlif bölgələrindən gələn minlərlə insanı qəbul edib. 
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ali Rəhbər  Ayətullah Xamenei bu gün səhər  İslam İnqilaıbının  41 illiyi münasibəti ilə ölkənin müxtəlif bölgələrindən gələn minlərlə insanı qəbul edib. 
Ayətullah Xamenei müxtəlif təbəqələrdən olan dindar və inqilabçı əhalisinin minlərlə nümayəndəsi ilə coşqu və sevgi dolu görüşü zamanı çıxış edib. 
“ABŞ-ın "Yüz ilin planı"nı  Trampın ölümündən öncə  öləcək.” - bunu Ali Rəhbər Ayətullah Xamenei bu gün İslam İnqilabının 41 illiyi münasibətilə  xalq kütləsi ilə görüşdə çıxışı zamanı deyib. 
“Quldur və zülmkar ABŞ hökumətinin son günlər adını “Yüz ilin müqaviləsi” qoyaraq təqdim etdiyi plana  özlərinə xoş olsun deyə “böyük” ad seçiblər.  Fikrimcə onların gördüyü bu iş axmaqlıq və xəbisliyin göstəricidir.  Çünki işin başlanğıcından bu özlərinin ziyanınadır. Əminliklə bu plan  heç bir nəticə əldə etməyəcək və Trampın ölümündən öncə “öləcək”.  Nəticəsi olmayan bir işin  haqqında get-gəl etmək,  dəvət etmək, pul xərcləmək,  dünyada qalmaqal yaratmaq və planın təqdimatını keçirmək isə sadəcə mənasız bir işdir.”
Ayətullah Xamenei ABŞ rəsmilərinin sionist İsrail rejimi ilə Fələstin torpaqları üzərindən alış-veriş etməsini də sərt təndiq edib. “Bu məsələ hər hansı alış-veriş predmeti deyil. Çünki Fələstin Fələstinlilərindir.  Siz kimsiniz ki, gəlib Fələstinlə bağlı qərar qəbul edirsiz? Bütün səyləri  odur ki, Fələstin adı və Fələstin xatirəsi unudulsun.  Amma əksinə bu iş  Fələstin məsələsinin daha da aktuallaşmasına səbəb oldu. Siz Ərəb ölkələrindən 3-4 xain  rəhbərə baxmayın.  İndi bütün dünya  Fələstin xalqının məzlumluğuna və onların hüquqları haqqında danışır və ABŞ-ı pisləyir.”
Ayətullah Xameni məsələ barəsində çıxış yolunu da bildirib. “Onlar öz məqsədlərinə çatmaq üçün pul və silaha söykənirlər. Bəzilərini rüşvət, bəzilərini silahla razı salır, yaxud hədələyirlər. Çıxış yolu  Fələstin xalqının , təşkilatların və  qrupların  müqavimət etməsidir.  Onlar gərək fədakarlıq etsin və sionist düşmənə və ABŞ-a çərçivəni daraltsın.  Yolu yalnız budur."
Ayətullah Xamenei bütün İslam dünyasını  Fələstin xalqına yardım etməyə çağırıb.  “Bütün müsəlmanlar Fələstini dəstəkləməlidir.  Əlbətdə, Fələstinin silahlı təşkilatları müqavimət göstərəcəklər. İslam Respublikasının vəzifəsi də məhz bu mübariz qrupların dəstəkləməkdir. Biz onlara hərtərəfli dəstək verəcəyik."
 
 
 
 
 
 
 
 
 

 

captcha