IQNA

Fələstinlilər Kubaya təşəkkür etdilər

23:41 - February 09, 2020
Xəbər sayı: 3486655
Bu layihə Fələstin xalqının öz qanuni hüquqlarına qarşı zorakılıqdır və Fələstin xalqını 1967-ci ildəki sərhədləri əsasında paytaxtı Qüds şəhəri olan azad və müstəqil dövlət qurmaqdan məhrum edir.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin Qadınlar Federasiyasının Misrdəki təşkilatı "əsrin müqaviləsi" layihəsini məhkum edib və Fələstin xalqının tarixi hüquqlarını müdafiə etdiyi və "əsrin müqaviləsi" layihəsinə qarşı çıxdığı üçün Kubaya təqdir və təşəkkürlərini bildirib.

Fələstinin Qadınlar Federasiyasının Misrdəki təşkilatının rəisi Kubanın Misrdəki səfiri Tanya Aguiyar ilə görüşdə Fidel Kastro və Arnesto Çequranın ədalət dalınca olan bütün insanların və eləcə də Qəzza zolağında yaşayan Fələstin xalqının ilham mənbəyi olduqlarını deyib.

Kubanın səfiri vurğulayıb: Biz yenə də Fələstin xalqını dəstəklədiyimizi elan edirik. Bizim ölkəmiz "əsrin müqaviləsi" adlanan layihəni məhkum edir. Çünki bu layihə Fələstin xalqının öz qanuni hüquqlarına qarşı zorakılıqdır və Fələstin xalqını 1967-ci ildəki sərhədləri əsasında paytaxtı Qüds şəhəri (Beytul-Müqəddəs) olan azad və müstəqil dövlət qurmaqdan məhrum edir.  

https://iqna.ir/fa/news/3877724

Teqlər: qüds ، kuba ، iqna ، əsrin müqaviləsi
captcha