IQNA

Afrika Birliyinin dövlət başçıları birgə bəyanat yayıb

12:15 - February 11, 2020
Xəbər sayı: 3486666
İşini bəyaniyyə ilə başa vuran Afrika Birliyinin ölkə başçılarının illik ilcası Amerikanın sionistlərin lehinə hazırladığı "əsrin müqaviləsi" layihəsi məhkum edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən gün, 10 Fevral 2020-ci il, Afrika Birliyinə üzv dövlət başçılarının Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən iki günlük iclasları başa çatıb.

Afrika Birliyi dövlətlərinin illik iclasında bu ölkələrin Fələstin milləti ilə kamil həmrəyliyi və həmkarlığının davam ediləcəyi vurğulanıb.  

İşini bəyaniyyə ilə başa vuran Afrika Birliyinin ölkə başçılarının illik ilcası Amerikanın sionistlərin lehinə hazırladığı "əsrin müqaviləsi" layihəsi məhkum edib.

Bəyaniyyədə sionist rejiminin ordan-burdan gətirib Fələstinə yerləşdirdiyi sionist yəhudilər üçün Qəzzanın qərb sahillərində, işğal edilmiş Qüds şəhərində və işğal edilmiş Cövlan yüksəkliklərində inşa etdiyi qəsəbələr qeyri-qanuni hesab edilib.

Afrika Birliyinin bəyaniyyəsində Liviya böhranının sülh və danışıqlar yolu ilə həll edilməsinin zəruri olduğu vurğulanıb.   

https://iqna.ir/fa/news/3878032

captcha