Bu barədə “Report”a İƏT-nin mətbuat xidmətindən məlumat verilib. Baş katib vurğulayıb ki, Xocalı hadisələri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qanunsuz işğalının nəticəsidir. O, İƏT Xarici İşlər Nazirləri Şurasının öncəki iclaslarında, o cümlədən 2019-cu ildə Əbu-Dabidə keçirilən 46-cı iclasında və İslam Zirvə Toplantısının 12-ci iclasının Qahirə Yekun Kommünikesində qəbul edilmiş qətnamələri əsas gətirib.
Qeyd edək ki, bu qətnamələrdə Azərbaycanda mülki əhaliyə qarşı törədilənlər hərbi cinayət, insanlığa qarşı cinayət və soyqırım olaraq qiymətləndirilib.
Baş katib İƏT-nin Azərbaycan ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpa edilməsi üzrə təşəbbüs və səyləri tam dəstəkləndiyini bir daha vurğulayıb. /
maide.az