IQNA

İŞİD Kabuldakı hücumun məsuliyyətini öz üzərinə götürdü

23:41 - March 06, 2020
Xəbər sayı: 3486845
Tehran (IQNA) -  Bu gün Kabildə İslami Vəhdət partiyasının sabiq rəisi Şəhid Əbdül-Əli Məzarinin vəfatının 25-ci ildönümün münasibəti ilə keçirilən anım mərasimi zamanı silahlı hücum həyata keçirilmişdi.

Bu gün (6 Mart 2020) Əfqanıstanın paytaxtı Kabildə mərhum siyasətçi və İslami Vəhdət partiyasının sabiq rəisi Şəhid Əbdül-Əli Məzarinin vəfatının 25-ci ildönümün münasibəti ilə keçirilən anım mərasimi zamanı silahlı hücum həyata keçirilmişdi.

Kütləvi informasiya vasitələrinin məlumatına görə baş nazir Abdullah Abdullah da anım mərasimində olub.

Məlumata görə silahlı hücum anım mərasiminin yaxınlığında yerləşən inşaat işləri bitməmiş bir binadan həyata keçirilib.

Hücum zamanı 32 nəfər ölüb və 58 nəfər yaralanıb. 

Səhər saatlarında bu əməliyyatın Taliban tərəfindən həyata keçirilməsinin təkzib edilməsinin ardınca İŞİD terrorçu qruplaşması bu əməliyyatın məsuliyyətini öz üzərinə götürüb.

https://iqna.ir/fa/news/3883571

Teqlər: Kabil ، taliban ، İŞİd
captcha