IQNA

Təsnim təfsirinin 52-ci cildi çap və nəşr edildi

8:31 - March 15, 2020
Xəbər sayı: 3486913
Tehran (IQNA) -  Həzrət Ayətullah Üzma Şeyx Cavad Amulinin qələmə aldığı dəyərli "Təsnim təfsiri"nin 52-ci cildi çap və nəşr edilib.

Şiələrin təqlid mərcəsi, fəqih, mütəkəllim, filosof və müfəssir Həzrət Ayətullah Üzma Şeyx Cavad Amulinin Qurani-Kərimə yazdığı "Təsnim" təfsirinin 52-ci cildi mübarək Kəhf surəsinin 50-ci ayəsinin təfsiri ilə başlayır və surənin sonuncu ayəsinədək davam edir.

Qeyd edək ki, Qurani-Kərimdə 114 surə var və mübarək Kəhf surəsi Qurani-Kərimin 18-ci surəsidir.

Həzrət Ayətullah Üzma Şeyx Cavad Amulinin əsərləri və eləcə də Təsnim təfsiri "İsra Beynəlxalq Nəşr Mərkəzi" və "Merac Vəhyani Elmlər Araşdırma Mərkəzi"nin həmkarlığı ilə çap və nəşr edilir.

3885264  

 

captcha