IQNA

Almaniya və Hollandiyadakı müsəlmanlara azan jesti

12:41 - April 04, 2020
Xəbər sayı: 3487019
Almaniya və Hollandiyada koronavirus epidemiyası ilə əlaqədar narahat olan müsəlmanlara mənəvi dəstək vermək üçün səsgücləndiricilər vasitəsi ilə azan səsləndirmək getdikcə yayılmağa başlayıb.

Almaniyada və Hollandiyada koronavirus epidemiyasının yeni növü ilə əlaqədar narahat olan müsəlmanlara mənəvi dəstək vermək üçün səsgücləndiricilər vasitəsi ilə azan səsləndirmək getdikcə yayılmağa başlayıb.
Almaniyada  100-ə yaxın məsciddə dünən azan səsgücləndiricilər vasitəsi ilə verilib.
Birliyin Essen vilayətinin rəhbəri Fahrettin Alptekin "AA"ya açıqlamasında, günorta və axşam namaz vaxtlarında Essen bölgəsindəki ən az 50 məsciddən azan səsləndirildiyini söyləyib.
Alptekin xatırladıb ki, Almaniyada bəzi müstəsna hallar istisna olmaqla, azanın səsgücləndiricilər vasitəsi ilə oxunmasına icazə verilmir.
Hollandiyada da "Kovid-19"a görə cümə namazı vaxtı səsgücləndiricilər vasitəsi ilə azan oxumaq, ictimai həmrəylik üçün geniş yayılmaqdadır.
Ölkədəki məscidlərin çoxunda cümə namazı vaxtı azan səsgücləndiricilər vasitəsi ilə verilib.
captcha