IQNA

ÜST nümayəndəsi: Dünyada pandemiyanın sonunu təxmin etmək hələ tezdir

12:07 - April 08, 2020
Xəbər sayı: 3487042
Tehran (IQNA) - “Dünyada koronavirus pandemiyasının sonunu təxmin etmək hələ tezdir, bu mövzu barədə iki həftədən sonra danışmaq mümkün olacaq”.
“Dünyada koronavirus pandemiyasının sonunu təxmin etmək hələ tezdir, bu mövzu barədə iki həftədən sonra danışmaq mümkün olacaq”.
APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç “Rossiya-1” telekanalında COVİD-19-un nə vaxt bitəcəyinə dair sualı cavablandırarkən deyib.
O bildirib ki, hazırda müxtəlif ölkələrdə xəstəliyin aradan qaldırılması məqsədilə analizlər və modelləşdirmə işləri aparılır: “Xəstəliyin yükünün azaldılması üçün mümkün vasitələrdən istifadə etməliyik. Hər şey görülən tədbirlərdən və virusun necə yayılmasından asılı olacaq. Bəlkə də bu barədə iki həftədən sonra danışmaq mümkün olacaq”. 
Koronavirus əleyhinə dərmana gəldikdə, ÜST nümayəndəsi qeyd edib ki, hazırda klinik araşdırmalar aparılır: "Bu günədək koronavirus infeksiyasına qarşı 20 namizəd peyvənd hazırlanıb. Onların klinik araşdırması davam edir”.
Teqlər: ÜST ، COVID ، koronavirus
captcha