IQNA

Fətva: Müsəlmanlar da kafirlərin məzarlığında dəfn edilsin

0:39 - April 12, 2020
Xəbər sayı: 3487065
Tehran (IQNA) – Fransa Müsəlmanlarının Ali Dini Şurası koronavirus pandemiyasının geniş yayılması nədəni ilə müsəlmanların da kafirlərin kənarında dəfn edilməsinə icazə verib.

Fransa Müsəlmanlarının Ali Dini Şurasının bu barədə yaydığı bəyaniyyədə deyilir: Fransada koronavirus qurbanlarının sayı 12 min nəfəri keçib. Müsəlman qəbiristanlıqlarında yer azlığını və həmçinin müsəlman cənazələrini vətənlərinə, o cümlədən Ərəb ölkələrinə göndərməyin çətinliyini nəzərə alaraq müsəlmanların cənazələrinin qeyri-müsəlman məzarlıqlarında dəfn edilməsinə icazə verilir.  

Bundan öncə də Fransa Müsəlmanlarının Ali Dini Şurası pandemiyanın qarşısını almaq hədəfi ilə meyyitlərin yuyulması, kəfən edilməsi, dəfn edilməsi və meyitlərə namaz qılınmasını qadağan etmişdi.

3890760

 

 

captcha